"Sumqayıt" sabiq hücumçusu ilə müqavilə imzaladı

img

11-01-2021 [16:42]


"Sumqayıt" klubu sabiq hücumçusu ilə müqavilə imzalayıb.

Mia.az kluba istinadla xəbər verir ki, klub cənubi azərbaycanlı hücumçu Mehdi Şərifi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Mehdi Şərifi ötən mövsüm "Sumqayıt"ın heyətində 16 oyunda 5 dəfə rəqib qapılarına yol tapıb.

O, karyerası ərzində "Sepahan" (74 oyun, 27 qol), "Traktorsazi" (37 oyun, 4 qol) və son olaraq isə "Perspolis" (4 oyun) klublarının da şərəfini qoruyub. 28 yaşlı futbolçu 2 dəfə İran çempionu (2014/15, 2018/19), 2 dəfə isə İran kubokunun qalibi olub (2012/13, 2018/19)


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA