06-12-2013 [23:33]
- Ülkər kimdir?
- Mən Şahbazova Ülkər Ağabəy qızı 1979-cu ilin 18 avqustunda Kurqan vilayətinin Şadrinsk şəhərində anadan olmuşam. Ailəli olmuşam, illər öncə bu nikah pozulub. Bir oğlum var. Daha ərə getmək barədə düşünmürəm. Əsas olan sənətdə və yaradıcılıq işlərimdə irəliləyişimdir. Ailədə üç bacıyıq. 7 illik musiqi məktəbinin fortepiano fakültəsini bitirdikdən sonra Asəf Zeynallı adına musiqi texnikumuna daxil olmuşam. Bəzi oxuyanlardan fərqli olaraq təhsilli müğənniyəm. Özümü də professional musiqiçi sayıram. Əsas da öz üzərimdə çalışıram, əlimdən gələni əsirgəmirəm. On ildir bu sənətdəyəm. Dəcəl, şıltaq, ərköyünəm.
- Qısqanc insansan?
- Hər şeyə qarşı qısqanc deyiləm. Sevdiyim insana qarşı çox qısqanc ola bilərəm.
- Necə oldu ki, müğənni oldun?
- İlk dəfə 8 yaşında orta məktəbdə səhnəyə çıxmışam və hər zaman da səhnədə olmağa can atmışam.
- Qalmaqal nə deməkdir?
- Şou-biznesin ayrılmaz hissəsidir.
- Hansı yarışmalarda iştirak etmisən?
- 2007-ci ildə "AzəriStar” və 2013-cü ildə «Sehrli pərdə»də iştirak etmişəm.
- «Sehrli Pərdə»də niyə məhz Faiq Ağayev səni dəstəklədi?
- Müsabiqədə məndən başqa Faiq Ağayevin 19 tələbəsi var idi. Yəqin onlar arasında seçilmişəm ki, o da məni seçərək dəstəkləyib. Amma bu sualın ən doğru cavabını Faiq bəy özü verə bilər.
- İnsana lazım olan əsas xüsusiyyətlər hansıdır?
- Hal-hazırkı zamanda siyasət.
- Şou-biznesin açarı kimin əlindədir?
- Populyar olanlarda.
- Səni nə əsəbiləşdirə bilər?
- Hər xırda şeyə əsəbiləşirəm, amma ailəmə və mənliyimə toxunmaq istəyən insanı dəhşətli anlar gözləyə bilər.
- Toyda başına maraqlı hadisə gəlibmi?
- Toyda çox vaxt maraqlı hadisələr olur. Amma təhlükəli vəziyyətlərdən asanlıqla çıxış yolu tapa bilirəm. Bir dəfə toyda gəlin spirtli içki içmişdi. «Vağzalı» əvəzinə «Bakılı balasıyam» mahnısını rəqs etməyi tələb etdi. Bəy də onu döydü.
- Səmimi ol, yeni səhnəyə gələnlər necə olur ki, bir ay keçməmiş maşın, ev alır?
- Bu sualın cavabını hamı gözəl bilir. Bəzi dırnaqarası müğənnilər ümumi rəy yaradıb cəmiyyətdə və bütün xanım ifaçıların adlarını ləkələyirlər.
- Amma sən də ailəli olub ayrılmısan…
- Mən bunu unutmuram. Heç vaxt da bəziləri kimi danmıram. Səbəbi çoxdur. Yalan içində olan ailə davamiyyətsizdir və uzun ömürlü ola bilməz. Bir oğlum var, çox xoşbəxtəm. Allah övladlarımıza can sağlığı versin!
- Sponsorun varmı?
- Sponsorum olmaq istəyənlər çoxdur. Amma bunlar mənlik deyil. Sponsor yox, pul xərcləyən sevgili desək, yaxşı olar. Yəni sponsoru olan xanımlara pis baxmıram. Hər kəsin özünəməxsus xüsusiyyəti var.
- Toylara neçəyə gedirsən?
- Toylara müxtəlif qiymətə gedirəm. Qiymət oxumağı sevmirəm. Amma toya baha gedən məşhurlardan ifama görə geri qalmıram. Çoxlarından da öndəyəm.
- Şou-biznesin bəzəkli kişilərinə münasibətin necədir?
- Normal baxıram. Şou-biznes özü bəzəkli deməkdir. Adından bəlli olduğu kimi bu şoudur. Və bu normaldır. Dünyanın hər bir ölkəsində bəzəklilər çoxdur.
- İçkiyə, siqaretə münasibətin necədir?
- Şou-biznesdə əksəriyyəti bundan istifadə edir. Amma bu heç də yaxşı hal deyil.
- Qəlbin boşdur?
- Hazırda sevdiyim insan yoxdur və qəlbimi doldura biləcək bir şəxsə böyük ehtiyacım var. Biz sənət adamlarının sevgiyə ehtiyacı var. Təəssüflənirəm ki, qəlbimin bu boşluğunu doldura biləcək şəxs yoxdur.
- Hisslərlə ağılın arasında tez-tez qalırsan?
- Neçə illər hisslərə qapıldım, sevdim, ağlım bunun düzgün olmadığını deyirdi. Və zaman keçdikcə ağıl və hisslər arasında qalmırsan. Hisslər insanı uçuruma aparır. Hisslər ağıla tabe olmalıdır.
- Həyatda neçə dəfə sevmək olar?
- Həyatda bir dəfə də sevə bilərsən, yüz dəfə də. Mən qəbul etmirəm o fikri. İnsan həyatda bir dəfə sevir. Sevgi gələndə gəlir. Azaddır və idarə olunmur.
- Ailə sənin üçün nə deməkdir?
- Ailə çox gözəldir. Ailəmi çox sevirəm. Ailə insanın hər şeyidir. Ailədə mehribançılıq olanda çox gözəl olur. Ailə cəmiyyətin ayrılmaz hissəsidir.
- Uşaqlıq illərin necə keçib?
- Uşaqlığım çox çətin olub. Anam çox əziyyət çəkib. Uzun müddət atam bizi qoyub gedib, Rusiyada yaşayıb. Üç bacıyıq, anam bizi əziyyətlə böyüdüb. Kasıb olsaq da, xoşbəxt böyümüşük. Üç uşaq və ana. Şükür Allaha, bizə peşə verib, oxudub. Bütün anaların əlindən öpürəm. Dünyasını dəyişənlərə də Allah rəhmət eləsin!
- Bu sənətdə dəstəyin kimdir?
- Mənim Faiq bəyi tanımağım, müəllimim olmağı özü böyük dəstəkdir. Arzu edərdim bu sənətdə olanlar Faiq bəy kimi bütün gənclərə dəstək olsunlar. Onun peşəkarlığı özü bir dəstəkdir. Çox şeylər öyrəndim və davam edirəm. «Oxu məni» qəzetinin və Mediainfo.az saytının vasitəsi ilə təşəkkür edirəm Faiq bəyə.
- Xalq artistlərinin dava-qırğınına necə baxırsan bir gənc müğənni kimi?
- İstəmərəm ki, xalq artistlərinin dava-qırğını olsun. Amma onlar da insandır, mübahisələri düşə bilər. Əsas xalqdır, biz isə xalqa məxsus insanlarıq. Xalqın gözündən düşə bilər xalq artistləri. Arzu edirəm mehriban olsunlar.
- Yaşlı sənətkarların sənə pisliyi dəyibmi?
- Şəxsən mənə pisliyi gəlməyib, şükürlər olsun, hər zaman hörmət nümayiş etdirdiyim üçün hörmət görmüşəm. Özümü bu barədə şanslı sayıram.
- İlk məhəbbətin kim olub?
- İlk məhəbbətim 16 yaşında olub. Heç kim bilmirdi, qəlbimdə saxlamışam.
- Sevgi nə deməkdir sənin üçün?
- Sevgi olmadan zövq almaq mümkün deyil. Amma sevmək çox çətindir. Əslində, insan hər bir şeyə sevgi ilə yanaşmalıdır. Sevgi çox dərin mövzudur. Sevgi həm gözəldir, həm də çox çətin. Sevgisiz olmur, onunla da çox çətindir.
- Toyda hansısa məşhurun qalmaqalını görmüsən?
- Görməmişəm. Məşhurların bəziləri qalmaqalla məşğuldur. Heç istəməzdim ki, konfliktləri olsun. Bəlkə də belə rəy yaranır ki, Ülkər qorxur ad çəkməyə. Əsla. Sadəcə görməmişəm.
- Kimlərin ifalarını dinləyirsən?
- Dinlədiyim musiqi tam keyfiyyətlidir. Yerli sənətçilərdən Faiq Ağayevin, Röyanın, Rəhimin, Burhanın, Mədinənin və s. ifalarını dinləyirəm. Bəyəndiklərim çoxdur.
- Yerli şou-biznesdə kimləri bəyənmirsən?
- Müğənni xanımlardan Rəqsanə, Sevda Yəhyayevanı bəyənmirəm. Heç vaxt da mənə çatmır bu insanlar.
- Taleyin arzu etdiyin kimidir, ya layiq olduğun kimi?
- Arzular tükənmir, arzuladığım kimi olmasam da çox xoşbəxtəm. İnsan layiq olduğuna məhkumdur. Arzu haqqında əsərlər yazılıb. Hər şey arzuladığımız kimi olsa əgər, həyata maraq itər, adiləşər.
- Prodüserlərdən kimlərin işini bəyənirsən?
- Çox bəyənirəm Toliki, Nərminə xanımı. Disk daşıyanlar özlərinə prodüser deyəndə dəli oluram da. Yaxşı prodüser ola biləcək insanlar da var. Ümumiyyətlə, prodüser sıfırdan proyekt yaratmalıdır. Yoxsa iki şadlıq evi danışırlar, sonra deyirlər, mən prodüserəm. Prodüserim, disk daşıyanım yoxdur. Qeyd etdiyim prodüserlərlə işləmək istəyərdim.
- Nədən qorxursan?
- Bu sənətdə qorxduğum bir şey var, o da paxıllıqdı. Paxıl insandan çox şey gözləmək olar.
- Şou-biznesin qanunlarına tabe olursan?
- Şou-biznesin qanunlarına tabe olmalısan, amma tam şəkildə yox. Öz mövqeyini itirməmək şərti ilə tabe olmasan, şou-biznes səni özü rədd edir. Bu, şou-biznesdir, sərt qanunları ilə.
- Şayiələrə münasibətin necədir?
- Özüm barədə çatır mənə şayiələr. Əvvəllər vecimə idi. İndi biganəyəm. Əslində, bütün şou-biznes haqqında şayiələr uydururlar. Bu təbiidir. Çünki maraqlı sahədir. Bu sahədə çalışanlar sıravi insanlar deyil.
- İndiyə kimi populyar olmaq üçün nə qədər pul xərcləmisən?
- Dəqiq deyə bilmərəm. Amma pul çox lazımdır bu sənətdə. Hər şey pulludur. Şou-biznes çox çətin sahədir. Yalnız siyasət işlətmək lazımdır. Mütləq özünü sevməlisən.
- Özünü cazibədar hiss edirsən?
- Əlbəttə, özümü cazibədar hiss edirəm. Şükür olsun Allaha!
- Risk etməyi sevirsənmi?
- Riski çox sevirəm. Risk etməsən, yaşamağa nə maraq olar.
- Fala inanırsan?
- Belə deyim lap, «fala inanma, faldan da qalma». Şou-biznesdə bir çoxları fala müraciət edir. Hərdən o qədər sıxıla bilərsən, deyərsən, falçıya gedim. Bir söz ilə çox şey dəyişir. Dəyişəndə falçı yadına düşmür. Çünki bu həyatda bizim fikirlərimiz həyatımızın güzgüdəki əksidir. Fala ehtiyac yoxdur. İnsan öz həyatını istiqamətləndirir öz fikirləri ilə.
- Şəlalə nə deməkdir sənin üçün?
- Şəlalə Allahın möcüzələrindən biridir.
- Sirr deyil ki, bəzi qadın həmkarların ailəli kişilərlə qeyri-rəsmi şəkildə yaşayır. Buna münasibətin necədir?
- Çox pis baxıram. Ailə müqəddəsdir, toxunulmazdır. Elə ailəli kişilər də var, özü bunu istəyir. O zaman qınamıram. Çox istəyirəm ailələr dağılmasın. Uşağın hər birinin valideyni olmalıdır. Yaxşı qadın ailəli kişiyə tamah salmaz. Ailə dağıtmaq olmaz. Həmkarlarıma üz tutub deyirəm, ailə dağıtmağa sərf etdiyiniz vaxtı işinizə sərf edin. Ailə dağıdanın qurduğu ailənin heç bir qiyməti olmur. Ar olsun ev dağıdanlara! Dəfələrlə üzləşmişəm. Olmaz, bu çirkinlik və xəyanətdir.
- Yaxın gələcəkdə solo konsert vermək fikrin var?
- Ümumiyyətlə, konsert sərmayə ilə bağlı bir şeydir. Qəlbləri doldurmaq çox çətindir. Məqsədim səsimi, özümü xalqa sevdirməkdir. Ondan sonra solo-konsert verəcəm. Səhnəni məhəbbətlə doldurmaq lazımdır, baş aldadan rəqslərlə yox. Xalqın məhəbbətini qazanmaq çətindir. (mediainfo.az)
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub
Bakı Su Kanal İdarəsinin rəsmisi: "Bizə dedilər ki, daha orada görəcək işiniz yoxdur" - Məhkəmədə inanılmaz iddialar səsləndi
"Bəzi blogerlər, tiktokerlər və əxlaqsız davranışları təbliğ edən ayrı-ayrı şəxslər..." - Xəbərdarlıq
Fil turisti öldürüb
Bakıya qar yağacaq - Xəbərdarlıq
Türkiyədə servis maşını aşdı: sürücü və 9 şagird xəsarət alıb
DYP sürücülərə müraciət edib
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedir
"Cahan Holdinq"in dövlətə 7 milyondan çox borcu varmış...
Baş nazir xüsusi icra məmurları barədə qərar imzalayıb
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək - Şərtlər
Metronun qarşısında 51 yaşı şəxsi ayaqlarından bıçaqlayıblar
"Azvvallet"ə qadağa qoyulub - Mərkəzi Bank qərar verdi
Müğənnidən inanılmaz açıqlama: "Bilmək olmaz, bir də gördün dostlarım məni zəhərləyib"
İlham Əliyev Əbu-Dabidə - Prezident baş katiblə görüşüb
Həsən Həsənovun oğlu ssenari yazdı, Agentlik 657 min manat ayırdı - "Bəli, bizim tarixi film çəkmək təcrübəmiz yoxdur" (MÜSAHİBƏ)
Vəkil: "Cəmi 100 manat kapitalı olan bu MTK-yə şəhər icra hakimiyyəti icazə verib ki..."
İcra başçılarının "vurulma prosesi" davam edəcək
Dünyanı silkələyən casuslar - TƏHLİL
ABŞ prezidenti: "Bunu ilk dəfə deyirəm, düşünürəm ki..."
DTX-dən DAHA BİR ŞOK ƏMƏLİYYAT: Ukrayna müharibəsinə qatılan Azərbaycan vətəndaşları həbs edildi
Trampdan İrana daha bir xəbərdarlıq: "Əgər razılığa gələ bilməsək, çox pis şeylər baş verəcək"
"Xalqbank"ı Bəylər Əyyubovla nə bağlayır? - VİDEO, FOTO
NƏVƏLƏRİ ŞƏHİD OLAN 87 YAŞLI QADIN PREZİDENTDƏN KÖMƏK İSTƏDİ: "Bizi bu zülmkarlardan xilas edin"
Aİ: "Xarici müstəqil media Qəzzaya buraxılmalıdır"
Yaponiyada sərt hava şəraiti qəzaları artırıb: 27 nəfər ölüb, 300-dək xəsarət alan var
Nipah virusu təhlükəsi böyüyür - Asiya ölkələri ölümcül xəstəliyi həyəcanla izləyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zahid Oruc: "Ruskiy mir və Fars dilinin əhatəsində…" - "Söyüş və təhqir azadlığı demokratiya deyil"
Alena Əliyeva ilk inklüziv iaşə obyektini ziyarət edib - FOTOLAR
ABŞ və İran rəsmiləri İstanbulda görüşəcək
Rəfah Sərhəd Keçid Məntəqəsi açılıb
Həbsxananın keçmiş rəisinin meyiti tapıldı - Xırdalanda
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində: yeni sənədlər imzalandı - FOTOLAR (Yenillənib)
"Velizarofficial" adlı səhifənin idarəçi saxlanldı
Bakıda Xalq artistinin oğlu döyülüb (Yenilənib)