Gülər Əhmədova apelyasiya şikayətindən imtina etdi

img

06-12-2013 [14:27]



Milli Məclisin sabiq deputatı Gülər Əhmədova apelyasiya şikayətindən imtina edib. MİA-nın xəbərinə görə, bunu azvision.az-a açıqlamasında həbsdə olan eks-deputatın vəkili Əfsər Talıbov deyib.

Vəkil bunu şikayətlərinin təmin edilməyəcəyi ilə əsaslandırıb.

Ə.Talıbov G.Əhmədovanın səhhətinin hazırda yaxşı olmadığını da qeyd edib.

Qeyd edək ki, vəkil mətbuata açıqlamasında Gülər Əhmədovaya oxunan hökmdən apelyasiya şikayəti verəcəklərini bildirmişdi.

Xatırladaq ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirlənilən G.Əhmədovaya, dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsidə keçirilən prosesdə hakim Əlisultan Osmanov tərəfindən3 il iş kəsilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA