Baş Prokurorluq AXCP funksioneri haqda məlumat yaydı

img

06-12-2013 [13:05]


Baş Prokurorluq AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilova edilmiş xəbərdarlığı şərh edib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Natiq Ədilova xəbərdarlıq bəzi kütləvi informasiya vasitələrində qeyd edildiyi kimi, tənqidi yazılarına və ya fikirlərinə görə deyil, sosial şəbəkələrdə yaydığı əxlaqa və etika normalarına sığmayan, həmçinin insanların heysiyyatına toxunan yazılarına və şəkillərə görə edilib: "Qanun pozuntusundan çəkindirmək məqsədilə Natiq Ədilova edilən xəbərdarlıq tam qanun çərçivəsində həyata keçirilib. Hamılıqla qanunlara hörmətlə yanaşılmalıdır, o cümlədən Natıq Ədilov da bilməlidir ki, vətəndaşların şərəf və ləyaqətini alçaldan informasiyalar, təhqir xarakterli yazılar, pornoqrafik materiallar çap etdirmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına qanun yol vermir və kütləvi informasiya azadlığından sui-istifadə yolverilməzdir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA