İqtisadçı benzin və dizelin qiymətini qaldıran hökuməti "topa tudu": "Bir məmur məni başa salmaq istəyirdi ki..."
05-01-2021 [17:34]
Azərbaycanda yanacaq bazarı rəsmi və qeyri-rəsmi nəzarət altındadır. Rəsmən aşağı oktanlı benzin və dizelin qiymətləri hökumət tərəfindən tənzimlənir. Yəni bir-neçə ildən bir qiymət artırılır. Sonuncu dəfə benzinin qiyməti 14 iyul 2017-ci ildə artırılmışdı.
Mia.az xəbər verir ki, bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
Azərbaycanda benzin və dizelin qiymətinin qalmaqası haqda qərarı şərh edən İlham Şaban bildirib ki, yüksəkoktanlı benzin markalarının qiyməti 1 aprel 2014-cü ildən dövlət tərəfindən tənzimlənmir. Amma bazarda istehlakçının qiymət seçimi də yoxdur - Bakıdan Naxçıvana qədər bütün idxal benzinin qiyməti eyni gündə dəyişir və hər yerdə də eyni olur:

İLHAM ŞABAN
“Biz idxal benzininin böyük əksəriyyətini son illər Rusiyadan alırıq. Yəni məntiqlə onun ən ucuz parəkəndə satışı Azərbaycanın Rusiya ilə sərhəd bölgələrində olmalıdır. Niyə? Çünki nəqliyyat xərcləri minimum olur. Ən bahalı PREMİUM markalı benzin isə Qazax zonasında satılmalıdır. Amma hər yerdə eynidir. Baxmayaraq ki, ölkədə 1000-ə yaxın yanacaqdoldurma məntəqəsi var. Bunun isə yalnız 37-si SOCAR-a məxsusdur. Yerdə qalanlar özəldir. Yaxşı, mənim ZAPRAVKAM olsaydı, marketinq əməliyyatı kimi Ai-95-i hamı kimi 1,25 AZN-ə deyil, litrini 1 qəpik ucuz edərdim, məsələn 20 litrdən çox alana. Belə şeylər də yoxdur. İstəyirsən kartla al, istəyirsən nəğd al, istəyirsən bank hesabından köçürmə et - hamısı fiks qiymətdir...
Azərbaycanda az bir sahədə rəqabət var əslində. Gözlə görünəni taksi biznesidir. Mühiti lideraldır, pulunu (vergini) ödəyib işləyirsən. İstəyirsən 4 saat işlə, istəyirsən 20 saat, səndən heç nə tələb edən yoxdur. Qiymət taksilərdə niyə artıma meylli olmayıb son beş ildə. Çünki rəqabət var, baxmayaraq ki, yanacağın qiyməti artmışdı axı...
Mənə bir nəfər məmur başa salmaq istəyirdi ki, təsəvvür et müxtəlif yanacaqdoldurma məntəqələrində yanacaq qiymətləri fərqlənə - hamı ucuzuna qaçacaq və xaos yaranacaq. Dedim çıxın Şərifzadə küçəsinin bu başından o başına bir müşahidə edin- bəlkə 500 yerdə pomidor satan var, elə yer var ki, eyni keyfiyyətdə malın qiymət fərqi 15-20-dir, bu o deməkdir ki, bütün Yasamal əhli o yerdə növbəyə düzülüb?
Əlbəttə ki, yox. Çünki istehlakçını qiymətdən əlavə malın və xidmətin keyfiyyəti, həmçinin onun əldə edilməsinə sərf edəcəyi zaman maraqlandırır.
Ona görə də mən Azərbaycanda çoxdan yanacağın qiymətinin dövlət tərəfindən tənzimlənməsinin əleyhinə olmuşam.
Sadə bir misal deyim. Tarif Şurası öz saytında göstərir ki, benzinin qiymət artımı istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq (yəni olacaq), sonra əlavə edir ki, benzinin bahalaşması nəticəsində dövlət daha çox gəlir əldə edəcək. Və... dizel yanacağının satışında nədənsə istehlak bazarına toxunmur (halbuki istehlak bazarı üçün nəqletmə əsasən dizel yanacaqlı avtomobillərlə həyata keçirilir) və bunun ictimai nəqliyyata mənfi təzahürlərinin aradan qaldırılması üçün dövlətin daşıyıcılara kompensasiya ödəməsini vurğulayır (onun mexanizmi yanvarın sonunda müəyyənləşdiriləcək). Bir tərəfdən əlavə qazanc əldə edəcək hökumət digər tərəfdən də əlavə xərcə düşür axı...
Hökumət yaxşı olardı ki, qənaətcil texnologiyaların nəqliyyat sektorunda sürətlə yayılması ilə ciddi məşğul olaydı. CNG-ni tətbiq edib 2015-ci ildən. Yaxşı nəticələri göz qabağındadır. Elə isə bütün şəhər nəqliyyatını ona keçirtmək barədə nədən RADİKAL addımlar atmaqdan çəkindi? Axı şəhərimizin həm ekologiyası hiss ediləcək dərəcədə yaxşılaşardı, həm də gediş haqları bahalaşmazdı. Çünki qaz yanacaq kimi dizeldən xeyli ucuzdur. Həmçinin kommersiya nəqliyyatını bu yanacağa keçirtmək lazım idi.
Hökumət isə tam başqa yol tutdu: MÖHÜR iqtisadiyyatına üstünlük verdi - yəni Gömrük rüsumları hesabına böyük gəlirlər əldə etmək: Gömrük Dövlət Neft Şirkəti kimi meqa bir istehsalçı qurumun büdcəyə ödənişlərindən 2,5 dəfə artıq köçürmələr edir. Nəyin hesabına? Əsasən, Azərbaycana “xlam” avto idxalı hesabına. Son illər Azərbaycanda dizel avtomobillərinin sayı nədən belə sürətlə artır? Məgər məmurlar müşahidə etmirlərmi ki, dizel avtomobillərdən qalxan tüstünü?
Görünən odur ki, bazar iqtisadiyyatı enerji sektorunda bərqərar olmayınca "Azəriqaz" ziyana işləyəcək, "Azəristiliktəhcizat" daim qaza görə SOCAR-a borclu qalacaq, "Azərenerji" isə mütəmadi olaraq hökumətin qapısını döyərək bazardan ucuz yanacaq istəyəcək. Bakı Nəqliyyat Agentliyinin avtobusları isə CNG-ni imtiyazlı qiymətlərlə baklarına dolduracaq”/Yemisabah.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq