Küveytdə üç yeni neft-qaz yatağı kəşf edilib

img

05-01-2021 [17:26]


Küveytdə üç yeni neft-qaz yatağı kəşf edilib.

“KuNA” xəbər verir ki, “Kuwait Oil Company” dövlət neft şirkəti ölkənin şimal-qərbində 70 kvadratkilometrdən artıq sahəsi olan, gündəlik debiti 1 452 barel yüngül neft olan Homa yatağı, şimalda gündəlik 1 819 barel yüngül neft və 79 min kubmetr səmt qazı verən Əl Kəşəniyə yatağı, habelə Burqan yatağından şimalda gündəlik 2 000 barel adi neft verən bir yataq aşkarlayıb.

BP-nin məlumatına görə, 101,5 milyard barel təsdiqlənmiş neft ehtiyatına malik Küveytın payına dünya neft ehtiyatlarının 5,9 faizi düşür/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA