Vergi Xidməti: "Müvəqqəti vergi rejiminin müddəti başa çatıb"
05-01-2021 [15:58]
Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar 2020-ci ildə Vergi Məcəlləsində dəyişikliklər edilərək, bir sıra sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müvəqqəti vergi rejimi tətbiq edilib.
Mia.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti açıqlama yayıb.
Bildirilib ki, müvəqqəti vergi rejimi pandemiyadan zərər çəkmiş ictimai iaşə fəaliyyəti sahəsini də əhatə edib, bu sahədə fəaliyyət göstərən sadələşdirilmiş vergi ödəyicilərinin vergi məbləği üzrə 50 % güzəşt verilib:
"Həmçinin ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə ilə bağlı müraciət etmə müddəti 2020-ci ilin 1 sentyabrınadək uzadılıb. Edilmiş müraciət əsasında həmin şəxslər sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərir və təqdim edilən mallara və xidmətlərə müvəqqəti vergi rejiminin müddəaları tətbiq edilir. Müvəqqəti vergi rejiminin müddəti 2021-ci il yanvarın 1-də başa çatıb.
Sadələşdirilmiş vergi ödəyicisi olan və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər bu müddət bitdikdən sonra ƏDV qeydiyyatında fəaliyyətini davam etdirərlərsə, sahibliyində qalan mallara görə vergi orqanına müəyyən olunmuş formada məlumat təqdim etməlidirlər.
Belə vergi ödəyicilərinin təqdim etməli olduğu “Sadələşdirilmiş vergi ödəyicisi olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 01.01.2021-ci il tarixdən sonra ƏDV qeydiyyatında fəaliyyətini davam etdirərkən sahibliyində qalan ictimai iaşə fəaliyyəti üçün alınmış mallar barədə” Məlumat Forması təsdiq edilib və Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.
Məlumatın təqdim edilməsi sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən ƏDV-si əvəzləşdirilməyən malların təqdim edilməsi zamanı yenidən ƏDV-yə cəlb edilməməsi, yəni eyni mala görə 2 dəfə ƏDV-nin ödənilməsi yükünün vergi ödəyicisinin üzərində qalmaması məqsədini daşıyır. Təqdim edilən məlumatda göstərilən malların sonradan təqdim edilməsi, o cümlədən ictimai iaşə xidmətlərinin tərkibi kimi silinməsi ƏDV tutulan dövriyyə hesab edilməyəcək".
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq