Kestutis Yankauskas: "Bu il Azərbaycan üçün taleyüklü oldu"

img

31-12-2020 [16:33]


“2020-ci il həyatımıza gətirdiyi çoxlu dəyişikliklər, çətinliklərlə yadda qaldı. Bu il həm də dünya üzrə COVID-19-a qarşı həmrəylik ilidir”.

Bu fikirləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycan xalqına bayram müraciətində deyib.

“Bu mübarizəyə Aİ-nin “Team Europe” təşəbbüsünə qoşularaq Azərbaycan və Şərq Tərəfdaşlığının digər üzv ölkələrinə pandemiyaya qarşı dəstək verməsinə şadam. Həmçinin bu il Azərbaycan üçün taleyüklü il oldu. Azərbaycan xalqına, xüsusilə də COVID-19 ilə mübarizədə və Qarabağ müharibəsində yaxınlarını, doğmalarını itirənlərə başsağlığı verirəm. 2020-ci il hamımıza adi şey kimi qəbul etdiyimiz hər şeyin qədrini bildirdi. Hamınıza cansağlığı, gediş-gəliş sərbəstliyi, sakit səma arzulayıram. Yeni iliniz və Həmrəylik Gününüz mübarək!”, – diplomat müraciətinə bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA