Komitə sədrinin pensiya kartındankı pul yoxa çıxıb - "Beynəlxalq Bank"a yeni ittihamlar

img

30-12-2020 [16:25]


"Beynəlxalq Bank təqaüd kartımdan bütün məbləği sillib".

Mia.az xəbər verir ki, bu sözləri sosial şəbəkədəki hesabında Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı yazıb.

O, bu hadisəni oğurluq saydığını deyib. Əlavə edib ki, problemlə bağlı banka müraciətlərinə cavab verilmir: "Telefonu üstümüzə qapadırlar. Bu, oğurluqdur!".

M.QƏHRƏMANLI

Diqqətçəkən budur ki, M.Qəhrəmanlının statusuna şərh yazan bir neçə nəfər də pensiya kartlarındakı pulların yoxa çıxdığını bildiriblər.

Məsələyə bankdan münasibət öyrənmək mümkün olmayıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR