“Dövlət borcu haqqında” qanuna dəyişiklik olacaq

img

28-12-2020 [15:21]


“Dövlət borcu haqqında” qanuna dəyişiklik təklif edilir.

Mia.az Report-a xəbər verir ki, dəyişiklik layihəsi hər büdcə ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında qanunda nəzərdə tutulan hallarda Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaitindən dövlət büdcəsinə transfert (köçürmə) edilməsi üçün istifadə oluna bilməsi məqsədilə hazırlanıb.

Belə ki, 2021-ci ildə dövlət büdcəsinə Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan 880 milyon manat transfert nəzərdə tutulub.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA