Dövlət Sosial Müdafiə Fondunun büdcəsi də qəbul olunub

img

28-12-2020 [12:01]


Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Mia.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsinin gəlirləri 5 146 030 160,0 manat, xərcləri 5146030160,0 manat məbləğində müəyyən edilib.

Dövlət sosial müdafiə fondunun 2021-ci il büdcəsindən əhaliyə ödənişlər üzrə xərclərə 5 004 790 000,0 manat, əmək pensiyalarının ödənilməsi xərclərinə 4 880 040 000,0 manat, hamiləliyə və doğuma görə 40 050 000,0 manat, uşağın anadan olmasına görə 11 800 000,0 manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 16 170 000,0 manat, dəfn üçün 24 060 000,0 manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA