Deputatlar “İşsizlikdən Sığorta Fondunun 2021-ci il büdcəsi haqqında” qanuna dəyişiklikləri də təsdiqlədi

img

25-12-2020 [17:01]


Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən Sığorta Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Mia.az xəbər verir ki, İşsizlikdən Sığorta Fondunun gələn il üzrə büdcəsinin gəlirləri 157 769 146,0 manat, xərcləri 157 769 146,0 manat məbləğində müəyyən edilib.

Fondun gələnilki büdcəsindən işsizliyə görə sığorta ödənişlərinə 13 000 000,0 manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 2 000 000,0 manat, özünüməşğulluq tədbirlərinin təşkilinə 68 774 200,0 manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA