"Neftçi" 9-cu dəfə qış çempionu oldu

img

25-12-2020 [11:39]


"Neftçi" Azərbaycan Premyer Liqasında 9-cu dəfə qış çempionu adını qazanıb.

Sonuncu dəfə iki il öncə qış çempionu olan “ağ-qaralar” fasilədən sonra yenidən eyni göstəriciyə imza atıb.

Azərbaycan çempionatlarının payız-yaz sistemi ilə keçirilməyə başladığı 1993/94 mövsümündən indiyədək ən çox qış çempionluğu qazanan “Neftçi”dir.

“Qarabağ”ın 7 belə uğuru var. “Kəpəz” və “Keşlə” (“İnter” adlandığı dövrdə) hərəyə üç dəfə qış fasiləsinə zirvədə yollanmağı bacarıb. Digər 5 mövsümdə isə buna fərqli komandalar imza atıb. “Xəzri”, “Şəmkir”, “Karvan”, “Xəzər Lənkəran” və “Olimpik” (sonrakı “Şüvəlan”) də qış çempionluğu yaşayıb.

Qış çempionları:

1993/94. “Kəpəz”

1994/95. “Neftçi”

1995/96. “Xəzri”

1996/97. “Neftçi”

1997/98. “Kəpəz”

1998/99. “Kəpəz”

1999/2000. “Şəmkir”

2000/01. “Neftçi”

2001/02. “Neftçi”

2003/04. “Neftçi”

2004/05. “Qarabağ”

2005/06. “Karvan”

2006/07. "Xəzər Lənkəran"

2007/08. "Olimpik"

2008/09. “İnter”

2009/10. “İnter”

2010/11. “Neftçi”

2011/12. “Neftçi”

2012/13. “İnter”

2013/14. “Qarabağ”

2014/15. “Qarabağ”

2015/16. “Qarabağ”

2016/17. “Qarabağ”

2017/18. “Qarabağ”

2018/19. “Neftçi”

2019/20. “Qarabağ”

2020/21. “Neftçi”/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA