Azərbaycan Premyer Liqası: "Qarabağ" "Zirə"yə qalib gəldi

img

24-12-2020 [18:00]


Bu gün Azərbaycan Premyer Liqasında XIII turunda növbəti oyun keçirilib.

Məlumata görə, "Qarabağ" evdə "Zirə" üzərində əzmkar qələbə qazanıb - 3:2.

Oyunda ilk qolu 2-ci dəqiqədə qonaqların heyətində Ağabala Ramazanov vurub. "Qartallar" 47-ci dəqiqədə növbəti dəfə meydan sahiblərini cəzalandırıb. Bu dəfə Lazar Corceviç fərqlənib. 58-ci dəqiqədə Mahir Emreli fərqi azaldıb. 75-ci dəqiqədə "Zirə" meydanda azlıqda qalıb. Dmitrios Çantakias qırmızı vərəqə alaraq, qovulub. Cəmi 8 dəqiqə sonra "Qarabağ"ın heyətində Kvabena Ovusu hesabı bərabərləşdirib. Qanalı hücumçu 4 dəqiqə sonra dubl edib.

Bu qələbədən sonra xallarını 23-ə çatdıran "Qarabağ" liderliyə yüksəlib. "Zirə" isə 20 xalla 3-cü pillədə qalıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA