Ekspert: “Brent” markalı neft xeyli ucuzlaşa bilər"

img

24-12-2020 [15:02]


Koronavirusun daha yoluxucu ştamının üzə çıxması ilə tətbiq olunacaq lokdaunlar nəticəsində neft 10 faizədək ucuzlaşa bilər.

“Angi” xəbər verir ki, belə bir qənaətə “Saxo Bank”ın xammal strategiyaları rəhbəri Ole Hansen gəlib.

“Yeni peyvəndin və maliyyə dəstəyi ilə bağlı nikbinlik ABŞ dollarının ucuzlaşmasına təkan verərək neft və s. bazarlarda möhtəkir oyunlarının geniş vüsət alması üçün başlıca amil oldu. 2021-ci ildə neft bahalaşmağa davam edəcək, amma qısa perspektiv üçün proqnozlar azaldı”, - deyən ekspertin fikrincə, hazırda neftə tələbatın davamlı artımı müşahidə olunmadığı üçün mövcud 51-52 dollarlıq qiymətlərin yaxın vaxt ərzində daha da artacağı inandırıcı görünmür.

“Hətta dəstək amilləri üzə çıxanadək “Brent” markalı neftin 10 faiz ucuzlaşaraq 46 ABŞ dollarınadək geriləyəcəyi ehtimalı da var”, - deyən ekspert uzun perspektivdə koronavirusdan kütləvi peyvəndlə bağlı xəbərlərin neft bazarına müsbət təsir göstərəcəyini qeyd edib.

Xatırladaq ki, dekabrın 14-də Böyük Britaniya Səhiyyə Nazirliyi koronavirusun yeni ştamının üzə çıxdığını açıqlayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA