Azərbaycanda daha 4 kiçik dövlət müəssisəsi özəlləşdirilib

img

23-12-2020 [15:37]


Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunan növbəti hərracda 4 kiçik dövlət müəssisəsi özəlləşdirilib.

İqtisadiyyat Nazirliyindən Mia.az-a verilən məlumata görə, müəssisələr Bakı şəhəri, Masallı və Yevlax rayonlarında yerləşir.

Hərracda həmçinin 5 nəqliyyat vasitəsi daxil olmaqla ümumilikdə 9 dövlət əmlakı özəlləşdirilib. 

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA