Mərkəzi Bank sədri: "2022-ci ilin büdcəsində vəziyyətdən çıxış strategiyası hazırlayacağıq”

img

23-12-2020 [14:57]


“Biz indi büdcənin yığcamlaşdırılmasına getsək, ciddi makroiqtisadi risklər yaradarıq”.

Bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Sədr bildirib ki, ölkənin maliyyə buferinin dəstəklənməsi üçün Azərbaycan hökuməti çox ciddi və düşünülmüş iqtisadi manevrlər edir: “Mövcud ehtiyatlardan istifadə edilir, makroiqtisadi sabitlik təmin olunur. İqtisadi subyektlərə, əhaliyə genişmasştablı yardım göstərilir. Bu siyasətdən çıxış strategiyası da olmalıdır. Amma ilk olaraq bunun üçün şərtlər yetişməlidir. Əgər pandemiya ilə bağlı vəziyyət aradan qaldırılsa, biz 2022-ci ilin büdcəsində vəziyyətdən çıxış strategiyası hazırlayacağıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA