Norveçdə böyük neft yatağı kəşf edildi

img

22-12-2020 [18:03]


ABŞ-ın “ConocoPhilips” şirkəti Norveç dənizində, Haydrun (Heidrun) neft yatağının şimalında yeni böyük neft yatağı kəşf edib.

“İnvesting.com” xəbər verir ki, Norveç Neft Direktorluğunun (NPD) məlumatına görə, yatağın ehtiyatı 76-201 milyon bareldir və həmin neft mövcud infrastruktur vasitəsilə hasil oluna bilər.

Qeyd edək ki, gələn il Norveç tərəfindən dəniz yataqlarında neft-qaz hasilatına yatırılan vəsaitlər 4,2 faiz azalaraq 20,5 milyard ABŞ dolları təşkil edəcək. Halbuki ilin əvvəlində bu göstərici 18,4 milyard ABŞ dolları həcmində güman edilirdi. Noyabr ayında Norveç neft hasilatını 8 faiz artıraraq 2,026 milyon barelə çatdırıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA