Ermənistanda ümummilli tətil və itaətsizlik aksiyaları başlayıb

img

22-12-2020 [12:48]


Ermənistanda ümummilli tətil və itaətsizlik aksiyaları başlayıb.

"news.am"-ın verdiyi xəbərə görə, "Vətəni Xilas Hərəkatı"nın yaydığı bəyanatda bildirilib ki, təxminən 20 şirkət Ermənistanda elan olunan ümummilli tətil və itaətsizlik aksiyalarına qoşulub.

Hərəkata qoşulanlar arasında "Erməni Milli Səhiyyə Şurası" koalisiyası, Erməni Restoranları Assosasiyası, "E.V. Partners", "Belis Armenia" hüquq şirkəti, "Calista Voyage" turizm şirkəti, "Bohemian Resort", "Hot Tours" şirkətləri, "Aksiom Med", "Volten Arma Group" klinikaları, "Saak korp", "Arminvest Group", "Deck", "Favorite", "Rogue", "AG home", "Hotel Flour" məhdud məsuliyyətli cəmiyyətləri var.

"Tətilə qatılan şirkətlər də Nikol Paşinyanın sosial və iqtisadi siyasəti sayəsində ölkənin iqtisadi çöküş ərəfəsində olduğuna əmindir", - deyə hərəkatın bəyanatında bildirilib.

Qeyd edək ki, bu gün "Vətəni Xilas Hərəkatı" Respublika meydanında Baş nazir Nikol Paşinyanın istefasını tələb edən mitinq keçirəcək/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA