Zəngilan və Qubadlıda əkin sahələri minalardan təmizlənir

img

22-12-2020 [09:29]


2020-ci il 15 dekabr tarixindən başlayaraq Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) və Daxili İşlər Nazirliyi, Daxili Qoşunlarının mütəxəssisləri ilə birlikdə işğaldan azad olunmuş Zəngilan və Qubadlı rayonları ərazisində kənd təsərrüfatı üçün nəzərdə tutulmuş əkin sahələrinin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənilməsi əməliyyatlarına başlanılıb.

ANAMA-dan verilən məlumata görə, 15-21 dekabr tarixlərində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 684 000 kv.m (68,4 ha) ərazi yoxlanılıb, 23 ədəd partlamamış hərbi sursat (PHS) və 42 ədəd 5.45 mm-lik patronlar aşkar edilərək götürülüb.

Zəngilan rayonu ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 349 000 kv.m (34,9 ha), Qubadlı rayonu ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı isə 335 000 kv.m (33,5 ha) yoxlanılıb.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA