Türkiyədə “hər şey daxil” sistemi ləğv edilməyəcək 

img

20-12-2020 [18:21]


Yeni növ koronavirus infeksiyasının yaratdığı risklərin hələ də davam etdiyi üçün Türkiyə kurortlarındakı hotellərdə “hər şey daxil” sistemi 2021-ci ildə də tətbiq ediləcək.

Bunu Türkiyənin turizm agentlikləri birliyinin rəhbəri Firuz Balıkaya “TASS”a bildirib.

Onun sözlərinə görə, Türkiyə “hər şey daxil” sistemini uğurla tətbiq edərək ölkənin dünya turizmində rəqabət aparmasına imkan yaratdı: “Bu kütləvi turizm üçün son dərəcə təsirli bir məhsuldur. Pandemiya ilə əlaqədar olaraq sistemdə, xüsusən də yemək və içkilərin paylanması ilə bağlı bəzi düzəlişlər edilib. Bütün bu məhdudiyyətlər, əlbəttə ki, qonaqlarımızın və işçilərimizin sağlamlığını qorumaq üçün tətbiq olunub. Lakin xidmətin keyfiyyətində heç bir problem yaşanmayıb. 2021-ci ildə “hər şey daxil” sistemdə bütün gigiyenik qaydaların ən yüksək səviyyədə yerinə yetiriləcəyi il olacaq”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA