Rusiyanın beşqat dünya çempionu dopinqə görə cəzalandırıldı

img

20-12-2020 [14:13]


Rusiyanın tanınmış qadın ağırlıqqaldıranı Tatyana Kaşirina yarışlardan müvəqqəti kənarlaşdırılıb.

TASS xəbər verir ki, 29 yaşlı idmançı antidopinq qaydalarını pozmaqda şübhəli bilinir. Əsas kimi 5 qat dünya çempionundan 2012 - 2015-ci illərdə götürülmüş dopinq-testin Moskva Antidopinq Laboratoriyasındakı yoxlama nəticələri göstərilib.

Qeyd edək ki, Tatyana Kaşirina 2006-cı ildə eyni səbəbdən iki il müddətinə diskvalifikasiya olunub. O, 2009 - 2019-cu illərdə dünya çempionatlarında 5 qızıl, 2 gümüş, Avropa çempionatlarında 8 qızıl, 2012-ci il London Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında isə Rusiya ağırlıqqaldıranlarına qoyulmuş qadağa üzündən Kaşirina kənarda qalıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA