Daha bir stadiona Maradonanın adı veriləcək

img

19-12-2020 [17:05]


Argentinanın La-Plata şəhərində yerləşən "Uniko" stadionunun adı dəyişdiriləcək.

Bu barədə Buenos-Ayres əyalətinin qubernatoru Aksel Kisillof "Infobae" nəşrinə açıqlamasında deyib.

O bildirib ki, arena dünya futbolunun əfsanəsi, ötən ay dünyasını dəyişmiş Dieqo Maradonanın şərəfinə "Uniko de La-Plata Dieqo Armando Maradona" adlandırılacaq.

Bu, argentinalı veteran hücumçunun adını daşıyan 2-ci stadion olacaq. Daha əvvəl İtaliyanın "Napoli" komandasının ev oyunlarını keçirdiyi arenaya Maradonanın adı verilib.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından vəfat edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA