Azərbaycandan Rusiyaya alma ixracına qoyulan qadağa qismən ləğv edilib

img

18-12-2020 [17:41]


Rusiya Azərbaycandan alma idxalına qoyduğu qadağanı qismən ləğv edib.

Bu barədə “Rosslexoznadzor” Federal Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 21-dən etibarən Azərbaycandan ölkəyə alma idxalına qoyulan qadağadan qismən imtina olunur və üç müəssisədən alma idxalına icazə verilir.

“Rosselxoznadzor” alma idxalına icazə verdiyi Azərbaycan şirkətlərinin adlarını da açıqlayıb. Bunlar Şabran rayonunda yerləşən "TURAZ", “Ran Fruit” və  "Əsədov Vahid" MMC-ləridir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA