Oğuzda mikroavtobus aşıb - Yaralılar var

img

17-12-2020 [21:00]


Oğuzda mikroavtobus aşıb, çoxlu sayda yaralı var.

Məlumata görə, hadisə axşam saatlarında rayonun Böyük Söyüdlü kənd inzibati ərazisində baş verib. İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus idarəetmədən çıxaraq aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralıların bir qismi Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

Hadisə yerində rayonun hüquq-mühafizə orqan əməkdaşları araşdırma aparır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA