Səfir: "İsrail və Azərbaycan innovasiyalar sahəsində ikitərəfli razılaşma üzərində işləyir"

img

17-12-2020 [19:10]


İsrail və Azərbaycan innovasiyalar sahəsində ikitərəfli razılaşma istiqamətində birgə işlər aparır.

Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik "İnnovasiya həftəsi" çərçivəsində təşkil olunan "World Net Summit" beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, gələcəkdə razılaşma imzalanandan sonra Azərbaycan və İsrail şirkətləri və startapları arasında əməkdaşlıq üçün platforma yaradılacaq.

Bundan əlavə, səfir İsrail şirkətlərinin Azərbaycanla hətta COVID-19 pandemiyası dövründə belə əməkdaşlığa hazır olduğunu bildirib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA