Beyləqanda COVID-19 xəstəsinə cinayət işi açıldı

img

17-12-2020 [13:44]


Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon sakini Ülvi İsgəndərlinin koronavirus pandemiyasına yoluxmasına baxmayaraq yaşadığı ünvanı tərk edərək karantin rejiminin tələblərini kobud şəkildə pozduğu müəyyən edilib.

Həmin şəxs rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb və müalicə aldığı müvafiq ünvana aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA