ABŞ-dan "Şimal axını-2"yə qarşı yeni həmlə: "Layihəni dayandırmaq üçün bu vasitələrdən istifadə edəcəyik"

img

17-12-2020 [10:37]


ABŞ "Şimal axını-2" qaz kəməri layihəsinə qarşı sanksiyaların tətbiqini davam etdirəcək. Rəsmi Vaşinqton bununla layihənin həyata keçirilməsinin qarşısını alacağına ümid edir.

Bunu ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət katibinin köməkçisinin müavini Kristofer Robinson deyib.

"Biz sanksiya tətbiq etmək istəmirik, lakin layihəni dayandırmaq üçün bu vasitələrdən istifadə edəcəyik", - deyə K. Robinson qeyd edib.

Onun sözlərinə görə, sanksiyalar öz təsirini göstərir və ABŞ bu layihənin həyata keçirilməsini dayandıracaq.

Xatırladaq ki, "Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA