Azərbaycanın daha dörd müəssisəsinin Rusiyaya pomidor idxal etməsinə icazə verildi

img

16-12-2020 [16:49]


Rusiya dekabrın 17-dən etibarən Azərbaycanın daha dörd müəssisəsinin ölkəyə pomidor idxal etməsinə icazə verib.

Bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

Məlumatda bildirilir ki, "Rosselxoznadzor” 17 dekabr 2020-ci il tarixdən etibarən Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında Azərbaycanın dörd müəssisəsinin Rusiya ərazisinə pomidor idxal etməsinə icazə verilməsini mümkün hesab edir.

Rusiyaya pomidor idxal etməsinə icazə verilən həmin müəssisələr Kürdəmir, Masallı, Salyan və Hacıqabul rayonlarında yerləşir. 

Qeyd edək ki, “Rosselxoznadzor” dekabrın 16-dan Azərbaycanın Xızı rayonunda yerləşən “Aqroterm” müəssisəsinin Rusiyaya pomidor idxalına icazə verildiyini açıqlamışdı/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA