"Neftçi"nin baş məşqçisi və futbolçuları məşqlərə qatılıb

img

16-12-2020 [15:16]


"Neftçi"nin koronavirusdan sağalan baş məşqçisi Samir Abasov komanda ilə məşqlərə qoşulub.

Məlumata görə, 42 yaşlı mütəxəssislə yanaşı kapitan Emin Mahmudov, eləcə də Anton Krivotsyuk və Fəhmin Muradbəyli məşqlərə başlayıb.

Koronavirus aşkarlanan Stiven Monroz, Bruno Teluşi və zədəli Cabir Əmirli məşqdə iştirak edə bilmir.

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının XII turunda "Sabah"la qarşılaşacaq. Görüş dekabrın 20-də "Bank Respublika Arena"da olacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA