Gürcüstanda yanacaq bahalaşıb

img

15-12-2020 [14:27]


Gürcüstanda son 2-3 həftə ərzində yanacağın qiyməti artıb.

Bir sıra yanacaq doldurma məntəqələrində müxtəlif yanacaq növləri 4-5 tetri bahalaşıb.

Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyində bahalaşmanı beynəlxalq bazarlarda yanacağın idxal qiymətinin artması və larinin ABŞ dollarına münasibətdə dəyər itirməsi ilə izah ediblər.

Qeyd edək ki, qonşu ölkədə oktyabr ayından etibarən yanacağın qiymətində artım müşahidə olunur. Noyabrın sonunda da yanacaq 7-10 tetri arasında bahalaşıb. Oktyabr-noyabr aylarında yanacağın qiymətində təxminən 15 tetri artım qeydə alınıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA