Yerevanda Paşinyan əleyhinə yürüş keçiriləcək

img

14-12-2020 [10:20]


Ermənistanın “Vətənin qurtuluşu üzrə hərəkatı” bu gün yerli vaxtla saat 17:00-dan Vaaqn Davtyan adına parkdan başlayaraq Yerevanın Arabkir inzibati ərazisinə yürüş keçirəcəyini bildirib.

Bu barədə hərəkatın xəbərində deyilir.

"Susma! Dur! Öz xalqına qoşul. Məhz sən öz ölkənin, ailənin, ləyaqətli gələcəyin sahibisən! Biz brlikdə vətənimizi xilas edəcəyik", - hərəkatın xəbərində qeyd edilir.

Xatırladaq ki, artıq bir aydan çoxdur, Ermənistan müxalifəti ölkədə kütləvi aksiyalar keçirərək Nikol Paşinyanın istefasını tələb edir. Etiraz aksiyalarına səbəb Paşinyanın 10 noyabr bəyanatına imza atmasıdır. Ermənistanın aparıcı müxalifət partiyaları onu satqınlıqda və təslimçilikdə ittiham edir./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA