Mərkəzi xəstəxananın direktoru həbs olundu - Prokurorluq təfərrüatı yaydı
15-12-2020 [12:02]
Vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü və ardıcıl tədbirlər davam etdirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, belə tədbirlərdən biri kimi “Ağcabədi rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsin direktoru vəzifəsində işləyən Tahirov Fövzi Tahir oğlunun qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb:
"Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Fövzi Tahirovun qeyd olunan vəzifədə işləməklə Həkim Məsləhət Komissiyasının sədri səlahiyyətlərini həyata keçirərkən xəstəxananın digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olmaqla 2020-ci ilin əvvəllərindən 30 noyabr 2020-ci il tarixədək olan müddət ərzində əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi məqsədi ilə həmin xəstələrin sənədlərinin aidiyyəti qurumlara göndərilməsi müqabilində ayrı-ayrı şəxslərdən sözügedən müəssisədə Ailə-Sağlamlıq şöbəsinin müdiri vəzifəsində işləyən Bəşirova Məhbubə Mübariz qızı vasitəsilə xəstəxananın inzibati binasındakı xidməti otağında ümumilikdə 10 min manat, xəstəxananın baş mühasibi Abbasov Nizami Əşrəf oğlu vasitəsilə ümumilikdə 5 min 300 manat, habelə qeydiyyatçı vəzifəsində işləyən Ağayeva Fatma Cahid qızı vasitəsilə ümumilikdə xeyli məbləğdə pul vəsaitini rüşvət qismində alaraq həmin pulu qabaqcadan əlbir olduğu şəxslərlə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Qeyd edilənlərlə əlaqədar, Baş İdarənin əməkdaşları tərəfindən Fövzi Tahirovun xidməti otağına və avtomobilinə baxış keçirilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən sosial kartlar, pul vəsaitləri və müxtəlif əlyazma qeydlər aparılmış bloknotlar aşkar edilərək sübut qismində götürülmüşdür.
Fövzi Tahirova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilmiş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda təqsirləndirilən şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, əmək müqavilələrinin bağlanılması və ya müddətinin uzadılması müqabilində ayrı-ayrı şəxslərdən rüşvət alması, xəstəxanaya ayrılmış dərman vasitələrini mənimsəməsi hallarına dair əsaslı şübhələrin araşdırılması, habelə cinayətin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və digər halların yoxlanılması istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir".
Bakıda ictimai yerdə əxlaqsız videolar çəkən şəxs həbs edilib
Dövlət İmtahan Mərkəzi məlumat yayıb
Bakıda atletlərin ölkə birinciliyi keçriiləcək
"Temu" "endirim kartları"nı blokladı
Bakıda ər-arvad dəm qazından zəhərlənib
Rusiya Kiyev və bölgələrə zərbələr endirir - Açıqlamalar
Miflər və Arxivlər: Qərbin qadın hekayəsi
Azərbaycan nefti daha bir dollar qalxdı - 72 dollardan satılır
Zelenski: "Yalnız Tramp Putini güzəştə məcbur edə bilər"
Qurban Qurbanov ağdamlılarla qohum olub - Özəl xəbər + FOTOLAR
Sabiq bələdiyyə sədri deputata yumruq atan oğlunun fotosunu kollaj etdi: "Sən bir nazirə hücuma cəhd edərsənsə.." - FOTO
Yusuf Şimşek Baş məşqçi oldu
Makrondan Avropaya xəbərdarlıq: "Çin avtoritar rejimdir, səhv etməyin, bu, onların ortaq seçimidir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Lavrov: "Bu, özlüyündə yaxşı bir şeydir"
Gəncədə qadın öz övladını xəstəxanada atıb gedib
Hərbçi dəm qazından zəhərlənərək ölüb
"Azeronline" aylıq paketi bahalaşdırıb, daha sonra isə... - "Sözündən belə çıxır ki, yemirsən cəhənnəmə ye!"
İsrail Qəzza üzrə Sülh Şurasına rəsmən üzv olub
NATO Baş katibi: "Rusiya ilə dialoqu dəstəkləyəcəm"
ZÜLFÜQARLILARIN AVTOMOBİLİ İLƏ ÖLÜM İŞİ – Ramiz Mehdiyevin qardaşı oğlu hansı qərarı verəcək?
İki özəl kanala lisenziya verildi
Baş nazirin sabiq müavinin qızı nazirliyə ofis icarəyə verib
Türkiyədə iki telekanal cəzalandırıldı - Səbəblər
PREZİDENT İLHAM ƏLİYEV MÜŞAVİRƏ KEÇİRDİ, TAPŞIRIQLAR VERDİ - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Ərdoğan DEM Partiyasının nümayəndə heyətini qəbul etdi
Türkiyə Liviyada neft və qaz axtarışına başlayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fariz Babayev yeni vəzifəyə təyinat aldı
Hospitalın rəisi vəzifədən azad edilib - Zakir Həsənov polkovnikə yeni vəzifə verdi
Dövlət Statistika Komitəsinin sədri kollektivə təqdim olunub - Xalid Əhədov tərəfindən
Prezident İlham Əliyev fərman imzaladı - Qrantla bağlı
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
Pezeşkian: "Etirazı bir nemət kimi görürük, amma..." - "Heç bir əsl iranlı məscidi yandırmaz"
İsrail ordusu Livanın cənubunu bombalayıb