Avropa Liqasının 1/16 final mərhələsi: püşk atıldı - Qarşılaşmalar

img

14-12-2020 [16:33]


Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.

Mia.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimdə pley-off raundunun cütlükləri bəlli olub:

"Volfsberq" (Avstriya) - "Tottenhem" (İngiltərə)

"Dinamo" (Kiyev, Ukrayna) - "Brügge" (Belçika)

"Real Sosyedad" (İspaniya) - "Mançester Yuneyted" (İngiltərə)

"Benfika" (Portuqaliya) - "Arsenal" (İngiltərə)

"Srvena Zvezda" (Serbiya) - "Milan" (İtaliya)

"Antverpen" (Belçika) - "Reyncers" (Şotlandiya)

"Slaviya" (Praqa, Çexiya) - "Lester" (İngiltərə)

"Zaltsburq" (Avstriya) - "Vilyarreal" (İspaniya)

"Braqa" (Portuqaliya) - "Roma" (İtaliya)

"Krasnodar" (Rusiya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

"Yanq Boyz" (İsveçrə) - "Bayer" (Almaniya)

"Molde" (Norveç) - "Hoffenhaym" (Almaniya)

"Qranada" (İspaniya) - "Napoli" (İtaliya)

"Makkabi" (Təl-Əviv, İsrail) - "Şaxtyor" (Donetsk, Ukrayna)

"Lill" (Fransa) - "Ayaks" (Niderland)

"Olimpiakos" (Yunanıstan) - PSV (Niderland)

Qeyd edək ki, Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları 2021-ci il fevralın 18-də, cavab matçları həmin ayın 25-də keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 00:00-da başlayacaq. Səpələnmişlər səbətində yer alan komandalar ilk oyunu səfərdə, cavab görüşünü evdə keçirəcəklər. Turnirin 1/8 final mərhələsinin püşkü fevralın 26-da atılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA