Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı: hansı komandalar bir-birinə rəqib oldu?

img

14-12-2020 [15:25]


Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib

Mia.az xəbər verir ki,  İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə cütlüklər müəyyənləşib.

"Borussiya" (Mönhenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə)

"Latsio" (İtaliya) - "Bavariya" (Almaniya)

"Atletiko" (Madrid, İspaniya) - "Çelsi" (İngiltərə)

"Leyptsiq" (Almaniya) - "Liverpul" (İngiltərə)

"Portu" (Portuqaliya) - "Yuventus" (İtaliya)

"Barselona" (İspaniya) - PSJ (Fransa)

“Atalanta” (İtaliya) - “Real Madrid ” (İspaniya)

“Sevilya” (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları 2021-ci il fevralın 16-17-də və 23-24-də, cavab qarşılaşmaları isə martın 9-10-da və 16-17-də gerçəkləşəcək. Qrup qalibləri ilk matçı səfərdə, ikinci oyunu isə evdə keçirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA