Avropa İttifaqında koronavirusa qarşı peyvənd nə vaxt vurulacaq? - Merkel tarixi açıqladı

img

13-12-2020 [18:02]


Almaniya Baş naziri Angela Merkel Almaniya və Avropa İttifaqında yeni növ koronavirusa (COVİD-19) qarşı peyvəndin tətbiqinə başlanılacağı tarixi açıqlayıb.

“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, A. Merkel peyvəndin təhlükəsizliyinə Dərman Vasitələri üzrə Avropa Agentliyinin qiymət verdiyini bildirib.

Baş nazir Agentliyin peyvəndlə bağlı qərarını dekabrın 29-a qədər açıqlayacağını bəyan etdiyini xatırladıb: “Bundan dərhal sonra peyvəndin bütün Avropa ölkələrinə çatdırılmasına başlanılacaq və yanvar ayında peyvənd vurulmasına başlamaq imkanı olacaq. Agentliyin qərarından bir neçə gün sonra peyvənd vurulması prosesi başlayacaq”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA