Əfqanıstanın paytaxtı raket atəşinə tutulub, ölən və yaralanan var

img

12-12-2020 [10:11]


Əfqanıstanın paytaxtı Kabilin bir neçə rayonuna azı dörd raket düşüb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinə istinadən “TOLOnews” telekanalı bildirib.

Məlumata görə, iki raket beynəlxalq aeroportun yaxınlığında partlayıb, digər raketlər paytaxtın başqa rayonuna düşüblər. Nazirlik bildirib ki, atəş nəticəsində bir dinc sakin həlak olub, daha bir nəfər yaralanıb.

Hücuma görə məsuliyyəti hələlik heç bir terror qruplaşması üzərinə götürməyib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA