“Sumqayıt”da 10 futbolçunun koronavirus testi pozitiv çıxıb

img

13-12-2020 [14:24]


“Sumqayıt”ın futbolçularının növbəti koronavirus testlərinin nəticələri bəlli olub.

Məlumata görə, test verən 16 oyunçudan yalnız altısında nəticələr neqativ olub.

Digər 10 futbolçuda isə test növbəti dəfə pozitiv çıxıb. Lakin həmin oyunçuların problemi yaxın günlərdə arxada qoyacağı gözlənilir. Çünki onlar 14 günlük karantin dövrünü bitirməkdədir və yaxın günlərdəki testin neqativ nəticələnəcəyi ehtimal edilir. Əgər bu baş verməsə, Premyer Liqanın XII turunun qarşılaşması təhlükə altına düşəcək. Dekabrın 20-də “Zirə”yə qarşı keçiriləcək səfər matçınadək testi pozitiv nəticələnən oyunçuların sayı 7-dən az olmasa, qarşılaşma yenidən təxirə salına bilər/APAsport.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA