Azərbaycan güləşçisi erməni rəqibini məğlub etdi

img

12-12-2020 [17:37]


Azərbaycanın yunan-Roma güləşçisi İslambek Dadov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yarımfinala yükləsib.

Məlumata görə, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Ermənistan təmsilçisi Slavik Qalstyanla üz-üzə gəlib.

Qarşılaşma Dadovun qələbəsi ilə yekunlaşıb. O, 1/8 finalda Nilton Qarsiyanı (Peru), təsnifat mərhələsində isə Ruben Marvikeni (İtaliya) məğlub edib.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

55 kq-dakı Eldəniz Əzizli 1/4 finalda, Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) 1/8 finalda, Sənan Süleymanov isə təsnifat mərhələsində uduzub. Onlar rəqibləri finala çıxacağı təqdirdə təsəlliverici görüşdə iştirak edəcəklər.

Qeyd edək ki, Fərdi Dünya Kuboku dekabrın 18-də başa çatacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA