Yaşadığı evi qanunsuz tərk edən daha iki COVID-19 xəstəsi saxlanılıb

img

12-12-2020 [17:11]


Siyəzən rayon sakinləri Sədir Hüseynova və Gündüz Yəhyəyevə COVID-19 virusuna yoluxduqları üçün ev şəraitində müalicə təyin edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Mia.az-a verilən məlumata görə, lakin hər iki şəxs qaydalara əməl etməyərək yaşadıqları evi tərk edib və virusun yayılmasına şərait yaradıblar.

Polis əməkdaşları tərəfindən onların olduqları yerlər müəyyən edilib və dərhal yaşadıqları ünvanlara geri qaytarılıblar.

Faktlarla əlaqədar S.Hüseynov və G.Yəhyəyev barəsində Siyəzən RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA