Deputatın oğlunun məşhur iş adamı ilə daha bir məhkəməsi bitdi - Nəticə

img

01-12-2013 [16:45]



 Deputat Əsabil Qasımovun oğlu Taleh Qasımovun məşhur türk iş adamı ilə Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəməsi yekunlaşıb.

Mia.az-a daxil olan məlumata görə, sözügedən məhkəmədə hakim İlham Əsədovun sədrliyi ilə noyabrın 28-də oğlu keçirilən məhkəmədə qərar açıqlanıb. Hakim birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Yəni Nəsimi rayon Məhkəməsinin qətnaməsini dəyişdirməyib.

 Xatırladaq ki, deputat oğlunun məhkəmədə çəkişdiyi şəxs Türkiyədə məşhur iş adamlarından sayılan və bir neçə il əvvəl Azərbaycanda da biznes quran İhsan Fatoğlu ilə məhkəmədə çəkişməyə başlayıblar. Türkiyənin 500 iri və gəlirli şirkəti arasında yer alan, əsasən Giresun bölgəsində xaricdən buğda alıb, un istehsal etməklə ixtisaslaşmış «Giresunlu Fatoğlu Gıda»nın və Azərbaycanda fəaliyyət göstərən «Fatoğlu» MMC-nin sahibi olan İhsan Fatoğlunun deputat oğlu tərəfindən məhkəməyə çəkilməsi isə buğda biznesində aralarında yaranmış anlaşılmazlıqdan qaynaqlanır. Onlar arasında biznes sövdələşməsi olub və deputatın oğlu və ortaqları bu məqsədlə Fatoğluna beh veriblər. Hazırda bu beh tərəflər arasındakı münasibətləri kəskinləşdirib.

 Behin məbləğini dəqiqləşdrmək cəhdlərimiz alınmasa da, onu da öyrəndik ki, Taleh Qasımovla İhsan Fatoğlu arasındakı pul davası ilə bağlı mübahisə Ali Məhkəməyə də çıxarılacaq. 

 Hər iki tərəfin mövqeyini dinləməyə  hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA