Rusiya Kubokunda danışılmış oyun: Baş hakim rüşvət aldı

img

11-12-2020 [18:14]


Rusiya Futbol İttifaqının Nizam-İntizam Komitəsi ölkə kubokunun 1/32 final mərhələsinin "Çayka" - "Armavir" oyunu ilə bağlı qərarını açıqlayıb.

Meydan sahibləri ilə matçın baş hakimi Maksim Matyunin arasında əvvəlcədən danışıq olduğu və referinin qərəzli qərarlar verdiyi üzə çıxıb.

İddiaya görə, Matyunin qarşılaşmadan sonra "Çayka" klubunun icraçı direktoru Oleq Bayandan qanunsuz olaraq pul alıb.

Nəticədə klub rəsmisi və referi futboldan ömürlük kənarlaşdırılıb. Komandaya isə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Qeyd edək ki, görüş "Çayka"nın qələbəsi ilə yekunlaşmışdı - 2:0./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA