Koronavirusa yoluxan sabiq futbolçusu Ağdamdan Bakıya gətirilib

img

11-12-2020 [17:49]


"Qarabağ", "Neftçi" və "Kəpəz" klublarının koronavirusa yoluxmuş sabiq futbolçusu Elbrus Abbasov koronavirusdan müalicə aldığı Ağdamdan Bakıya gətirilib

Bu barədə Futbol Veteranları İttifaqının (FVİ) sədri Oqtay Abdullayev məlumat verib.

Abdullayev bildirib ki, Abbasovun paytaxta gətirilməsində səbəb onun durumunun pisləşməsidir. FVİ sədri keçmiş hücumçunun “Yeni klinika”ya yerləşdirildiyini sözlərinə əlavə edib: "Onun yerləşdirilməsinə Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev köməklik edib. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov isə Abbasovun müalicəsininə dəstək olacaqlarını bildirdi".

Qeyd edək ki, Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri olan Elbrus Abbasov AFFA nümayəndəsi kimi də fəaliyyət göstərib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA