Unay Emeri: ""Qarabağ"la matçı oynasaq, daha yaxşı olardı"

img

11-12-2020 [18:00]


İspaniya "Vilyarreal"ının baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun "Qarabağ"la oyununun təxirə salınmasına münasibət bildirib.

Mia.az Report-a istinadla xəbər verir ki, 49 yaşlı mütəxəssis matçın keçirilməsinin tərəfdarı olduğunu söyləyib.

İspaniyalı baş məşqçinin sözlərinə görə, böyük komandalar üçün bu cür turnirlərdə hər bir görüş vacibdir: "Qrupda son matçımızı oynamaq istərdik. Amma məlum səbəbdən qarşılaşma təxirə salınıb. Yekun qərarı UEFA verəcək. Hamımız gözləyirik".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA