İdman Arbitraj Məhkəməsi Ukrayna Futbol Assosiasiyasının UEFA-ya qarşı iddiasını icraata götürüb

img

11-12-2020 [15:23]


İdman Arbitraj Məhkəməsi (CAS) Ukrayna Futbol Assosiasiyasının (UAF) UEFA-ya qarşı iddiasını iddiasını icraata götürüb.

"Reuters" xəbər verir ki, UAF-nin şikayəti Millətlər Liqasının sonuncu - VI turunun İsveçrə ilə oyununun baş tutmamasına görə yığmaya verilmiş texniki məğlubiyyətlə bağlıdır.

Məhz bu nəticədən sonra Ukrayna seçməsi A Liqasını tərk edib.

Qeyd edək ki, Ukrayna millisinin heyətində koronavirusa yoluxma halları aşkarlandığı üçün qarşılaşma ləğv edilmişdi/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA