AFFA İntizam Komitəsi bu klubları cərimələyib

img

11-12-2020 [13:17]


AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 240 manat məbləğində cərimələyib.

Mia.az bildirir ki, buna Ağdam təmsilçisinin əvəzedici komandasının I Divizionun IX turunda "Keşlə-2" ilə görüşdə bəzi qayda qozuntularına yol verməsidir.

4 futbolçusu sarı vərəqə aldığı üçün kluba 80 manat cərimə kəsilib. Eyni məbləğdə cərimə görüşdə topdaşıyan və xərəkdaşıyan şəxslərin say tərkibinin pozulması, həmçinin diktorun oyunda iştirak etməməsi səbəbindən tətbiq olunub.

Xərəkdaşıyan şəxslərin say tərkibi MOİK – “Sumqayıt-2” matçında da pozulub. Bu səbəbdən meydan sahibləri 80 manat ziyana düşüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA