Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

img

11-12-2020 [00:12]


Qoç - peşəkar fəaliyyət prosesində yaranan problemlər və çətinliklər ilk baxışda göründüyü qədər ciddi deyil. Çətinliklərdən qorxmasanız, uğur əldə edəcəksiniz.

Buğa - yarısında alış-veriş zamanı bədxərclik etməyin. Əyləncəyə pul xərcləməyə dəyməz. Maliyyə itkiləri, cərimə, oğurluq istisna deyil. Kompüter və ya smartfon almaq üçün münasib gün deyil. Alsanız, onlar tezliklə sıradan çıxacaqlar.

Əkizlər - xoşagəlməz görüş, əhvalınızı poza biləcək planlaşdırılmamış vizit ola bilər. Günün ikinci yarısında gərəkli məlumatın alınması çətinləşir. Sənədləşdirmədə problemlər yaranır.

Xərçəng - praktiki düşüncədə olsanız, çətinliklərə rəğmən irəliləyəcəksiniz. Birgə fəaliyyətdənsə bu gün müstəqil işləmək daha üstündür. Belədə fikriniz daha az dağılacaq, daha məhsuldar çalışacaqsınız.

Şir - diqqət, səliqə, detallara fikir verilməsini tələb edən ciddi, mühüm işlə məşğul olun. Çətin situasiyaya düşən insanlara yardım edin. Praktiki dəstəkdə fayda var.

Qız - rəğbət bəslədiyiniz insanlarla belə təmaslarda müəyyən problemlər yaranır.
Günün ikinci yarısında bədbinləşməyin, ruhdan düşməyin. Müsbət təmayüllərin təsiri artacaq, əhvalınız yaxşılaşacaq.

Tərəzi - yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. Onların problemlərini anlamaqda çətinlik çəkirsiniz. Ətrafınızdakı insanlar isə sizin hisslərinizi və addımlarınızın motivlərini anlaya bilmirlər.

Əqrəb - evdə kiçik anlaşılmazlıqlar yaransa da, yaxınlarınızla münaqişənin formalaşmasına imkan verməyin. Yaxınlarınız sizdən diqqət və qayğı gözləyirlər.

Oxatan - yaxşı, məhsuldar gündür. Ən müxtəlif tapşırıq və məsələlərin öhdəsindən gəlməyə, qarşınıza qoyduğunuz məqsədə sürətlə çatmağa çalışın. İşgüzar danışıqlar yaxşı nəticə verəcək.

Oğlaq -  peşəkar fəaliyyətinizdə qarşınızda yeni üfüqlər açan anlaşma və ya sövdələşməyə nail olacaqsınız. Günün ikinci yarısında tərəfdaş və şəriklə intensiv məsləhətləşmələr aparmaq olar.

Dolça - xoş xəbərin alınması və ya son vaxtlar darıxdığınız insanla görüş istisna deyil.Ailə tədbiri, bayram yaxşı keçəcək. Qəfil hədiyyə ala bilərsiniz.

Balıqlar - münaqişələrdən yayının. Uğur qazanacağınıza şübhəniz olmasa da, kəskin rəqabət mübarizəsinə rəvac verməyin.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA