Dövlət Agentliyi fiziki şəxsdən ofis icarəyə götürüb - Ayı 12 min manata yaxın...

img

01-02-2026 [20:50]


Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi fiziki şəxs Həsənzadə Rəşad Elxan oğlu (VÖEN – 1007616502) ilə satınalma müqaviləsi imzalayıb.

Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında bağlanıb.

Müqaviləyə əsasən, Dövlət Agentliyi Həsənzadə Rəşad Elxan oğlundan ofis sahəsini icarəyə götürəcək və bunun qarşılığında 114 min manat ödəyəcək.

Onu da bildirək ki, Dövlət Agentliyi əvvəlki illərdə də Rəşad Həsənzadə ilə analoji satınalma müqavilələri imzalayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA