Qazaxda şəhid dəfn olunub - FOTO

img

12-12-2020 [16:15]


Qazax rayonunda Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhid olan Tural Məmmədovla vida mərasimi keçirilib.

Məlumata görə, Qazax rayonunun Qızılhacılı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Tural Elxan oğlu Murovdağ istiqamətində döyüşüb. Mühraibənin ilk günlərindən ailəsi ilə əlaqəsi kəsilən hərbçimizin şəhid olduğu müəyyənləşib. Onun nəşi bu gün doğulduğu Qazax rayonuna gətirilib və yaxınlarının, rayon sakinlərinin iştirakı ilə Qızılhacılı kənd qəbiristanlığında torpağa tapşırılıb.

T.Məmmədov ailəli idi, üç yaşlarında əkiz bir oğlu və bir qızı yadigar qaldı/Report.

Allah rəhmət eləsin!.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA