Avropa çempionatında final mərhələsinin püşkü atılıb

img

10-12-2020 [20:29]


21 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

Məlumata görə, həlledici raundda 16 komanda 4 qrupda mübarizə aparacaq.

Seçmə mərhələdə Azərbaycan yığmasının rəqibləri olmuş Fransa C, İsveçrə isə D qrupuna düşüb.

A qrupu: Macarıstan, Almaniya, Rumıniya, Niderland

B qrupu: Sloveniya, İspaniya, Çexiya, İtaliya

C qrupu: Rusiya, İslandiya, Fransa, Danimarka

D qrupu: Portuqaliya, Xorvatiya, İngiltərə, İsveçrə

Qeyd edək ki, Macarıstan və Sloveniyanın birlikdə ev sahibliyi edəcəyi final mərhələsinin oyunları 2021-ci il martın 24-də start götürəcək. Həmin ayın 31-də qrup matçlarına yekun vurulacaq. Qruplarında ilk 2 pilləni tutan komandalar pley-offa vəsiqə qazanacaqlar. Bu mərhələnin qarşılaşmaları 31 may - 6 iyunda baş tutacaq. A və C qrupunun oyunları Macarıstanda, B və D qrupunun matçları isə Sloveniyada olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA